Rayonun təbii qazla təminatı və bu sahədə qalmaqda olan problemlər müzakirə olunmuşdur.
İyul ayının 4-də Qusar rayon İcra Hakimiyytində “Azəriqaz İstehsalat Birliyi”nin Xaçmaz regional Qaz İstismarı İdarəsinin rəhbərliyi ilə rayonun qazlaşdırılmamış yaşayış məntəqələrinin və qazlaşdırılmış məntəqələrində yeni məhəllələrin qazlaşdırılması, eləcə də istismara yararsız qaz xətlərinin yeniləri ilə əvəz olunması və digər məsələlər müzakirə olunmuşdur. Xaçmaz regional Qaz İstismarı İdarəsinin rəisi Azər Abbasov rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasova əhalinin təbii qazla təminatı sahəsində həyata keçirilən və gələcəkdə nəzərdə tutulan işlər barəsində məlumat verərək, hazırda rayonun Avaran kəndinin qazlaşdırılması ilə əlaqədar kənddaxili, deametri 100 mm olan, orta təzyiqli qaz xətlərinin çəkilişinin aparılındığını bildirdi. Həmçinin Qusar şəhərində S.Vurğun küçəsində deametri 216 mm-lik yeraltı qaz xəttinin yenisi ilə əvəz edilməsi sahəsində görülən və cari ildə görüləcək digər işlər barəsində məlumat verdi. Rayon İcra Hakimiyyətinin başçısı rayonda görülən işlərə razılığını bildirməklə yanaşı S.Vurğun küçəsində dəmir borularla dayaqlar üzərində çəkilən xəttin yeraltı polietilen boru xətti ilə əvəz edilməsinin məqsədəuyğun olduğunu bildirdi. S.Vurğun küçəsində aparılan işlərə yerində baxış keçirilmişdir.
İşgüzar mühitdə aparılan müzakirələrin cari və növbəti illərdə rayonda qazlaşdırma sahəsində həyata keçiriləcək tədbirlərin böyük əhəmiyyəti olacağı qeyd olunmuşdur