Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayonun ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər silsilə xarakter daşıyır

05 mart 2026 | 17:21
Martın 3-də Qusar rayonunun Çubuqlu kənd ümumi orta məktəbində “Gələcək üçün seçim: təhsil, yoxsa erkən nikah?” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba–Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov və digər natiqlər mövzu ətrafında çıxış ediblər. Qeyd edilib ki, erkən nikahlar fərdin psixi, mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan, yalnız fərdi səviyyədə deyil, həm də ümumi sosial mühitdə müxtəlif problemlərin yaranmasına səbəb olan faktordur. Gənc yaşda ailə qurmaq bir çox hallarda yeniyetmələrin peşə və təhsil imkanlarını məhdudlaşdırır, müstəqil qərar vermək və cəmiyyətin fəal üzvü kimi formalaşmaq imkanlarını zəiflədir. Bu baxımdan, gənclərin ilk növbədə keyfiyyətli təhsil alması, öz bilik və bacarıqlarını inkişaf etdirməsi, gələcək həyatlarını şüurlu və məsuliyyətli şəkildə qurması mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə həmçinin milli-mənəvi dəyərlərin qorunması, sağlam ailə institutunun formalaşdırılması, ailə münasibətlərində qarşılıqlı hörmət və məsuliyyət prinsiplərinin təşviqi kimi məsələlər də müzakirə olunub. Vurğulanıb ki, ailə institutunun möhkəmləndirilməsi və sağlam cəmiyyətin formalaşması üçün gənclərin düzgün maarifləndirilməsi, həmçinin bu istiqamətdə dövlət qurumları, təhsil müəssisələri və ictimai institutlar arasında əməkdaşlığın daha da gücləndirilməsi vacibdir.
Keçidlər