Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayonun ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir

11 fevral 2026 | 17:12
Fevralın 10-da Qusar rayonunun Avaran kənd tam orta məktəbində “Radikal və ekstremist təmayüllü dini cərəyanların uşaqların həyatına və hüquqlarına mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Radikalizm və dini ekstremizm ideyalarının azyaşlıların psixoloji, sosial və mənəvi inkişafına göstərə biləcəyi mənfi təsirlər barədə ictimaiyyətin məlumatlandırılması, uşaqların hüquq və qanuni mənafelərinin qorunması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də dövlət qurumları, təhsil müəssisələri, dini icmalar və valideynlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə keçirilən maarifləndirici tədbirdə mövzu ətrafında geniş müzakirə aparılıb.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Mehman Məmmədov və digər natiqlər müasir dövrdə qloballaşma proseslərinin sürətlənməsi, informasiya-kommunikasiya texnologiyalarının geniş yayılması fonunda radikal təmayüllü qrupların xüsusilə uşaqlar və yeniyetmələr arasında təsir imkanlarının artdığını qeyd ediblər. Bildirilib ki, uşaqların sağlam mənəvi mühitdə formalaşması, onlara milli-mənəvi dəyərlərin, tolerantlıq prinsiplərinin aşılanması baxımından, ailələrinin və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Məktəblərdə aparılan məqsədyönlü maarifləndirmə işləri, psixoloji dəstək mexanizmləri və valideynlərlə sıx əməkdaşlıq radikal ideologiyaların təsirinin qarşısının alınmasında mühüm rol oynayır. Çıxışlarda həmçinin qeyd olunub ki, dini biliklərin yalnız etibarlı və rəsmi mənbələrdən əldə olunması, düzgün təbliği radikal çağırışlara qarşı ən təsirli vasitələrdən biridir.
Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, belə maarifləndirici tədbirlərin bölgələrdə davamlı olaraq keçirilməsi, gələcəkdə valideynlər və müəllimlər üçün maarifləndirici təlimlərin təşkili radikal təsirlərə qarşı dayanıqlı ictimai mühitin formalaşdırılmasına töhfə verəcəkdir.
Keçidlər