Rəşadətin misilsizdir, Vətən oğlu!
29 oktyabr 2024 | 19:02
25 oktyabr 2024-cü il tarixdə Qusar şəhərində 44 günlük Vətən müharibəsi şəhidi, qəhrəman oğullarımızdan biri – Cəfərov Ruslan Mövlan oğlunun anım mərasimi keçirilib. Azərbaycan Ordusunun əsgəri olmuş Ruslan Cəfərov II Qarabağ müharibəsində Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi vuruşub. 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Azıx kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra “Şuşanın azad olunmasına görə medalı” ilə təltif olunub.
Şəhidin anım mərasimində Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, şəhidin evində ehsan süfrəsində iştirak edərək ailəsinə dərin hüznlə başsağlığı veriblər. Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!