Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

RİH Başçısı ilk dərs günü məktəblilərlə görüşdü

16 sentyabr 2024 | 16:17

Hər il Bilik Günü Azərbaycanın bütün bölgələrində geniş şəkildə qeyd olunur, bu əlamətdar gün münasibətilə bütün məktəblərdə tədbirlər təşkil edilir. Sentyabr ayının 16-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Bilik Günü ilə bağlı bir sıra məktəblərdə olmuş, təhsil müəssisələrinin infrastrukturu ilə tanış olmuş, təhsil işçiləri, məktəblilər və valideynlərlə görüşmüş, onlara yeni dərs ilində uğurlar arzulamışdır. Pedaqoji kollektivlərin üzvləri və məktəblilərlə keçirilən görüşlərdə RİH başçısı dövlət tərəfindən təhsilin inkişafı üçün həyata keçirilən islahatlardan, rayonda təhsilin maddi-texniki təchizatı üçün görülən işlərdən danışmış, təhsil işçilərini və şagirdləri narahat edən problemlərlə maraqlanmışdır. Müəllimlərin ölkənin gələcəyini formalaşdıran əsas qüvvə olduğunu bildirən RİH başçısı bu sahədə dövlət tərəfindən dəstəyin davam edəcəyini vurğulamışdır.Təhsil prosesində valideynlərin də fəal iştirakı və dəstəyinin əhəmiyyətindən bəhs edərək, onların övladlarının təhsilinə maraq göstərmələrinin uşaqların uğurlu gələcəyi üçün zəruri olduğu bildirilmişdir.

Şagirdlərlə səmimi söhbət zamanı RİH başçısı məktəblilərə yüksək təhsil almaq üçün mütəmadi olaraq çalışmanın və vətənpərvərlik ruhunda böyüməyin vacibliyini vurğulamışdır. O, həmçinin şagirdləri elmə, təhsilə, texnologiyalara və müasir biliklərə açıq olmağa, gələcəkdə ölkənin inkişafına töhfə verə biləcək vətəndaşlar kimi yetişməyə çağırmışdır.

Keçidlər