RİH başçısı kəndlərdə həyata keçirilən layihələrlə yerində tanış olmuşdur
20 dekabr 2024 | 16:21
Qazlaşdırma prosesinin regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarında önəmli yer tutduğunu nəzərə alaraq Qusar şəhəri və kəndlərində qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidən qurulması, qaz təsərrüfatı infrastruktrunun genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov kənddə qazlaşma işlərinin aparılması ilə yaxından tanışlıq məqsədilə rayonun Avaran kəndində olub, kənd ağsaqqalları ilə görüşüb və yaşayış evlərinə qaz xəttinin çəkilməsi üçün sənədləşmə işlərinə köməklik göstərilməsi ilə bağlı müraciətləri dinləyib.
Xürel, Əvəcüq, Gündüzqala kəndlərində RİH başçısı elektrik şəbəkələrinin yenidən qurulması proseslərinin aparılması ilə yerindəcə tanış olub, işlərin gedişatı ilə maraqlanıb.
Kəndlərdə keçirilən görüşlərdə qaldırılan məsələlər Rayon İcra Hakimiyyətində müvafiq idarə və müəssisə rəhbərləri, podratçı təşkilatlarla müzakirə edilmiş və vətəndaşlara maksimum dərəcədə köməklik göstərilməsi üçün aidiyyatı üzrə tövsiyə və tapşırıqlar verilmişdir.