Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

RIH başçısı Sahir Məmmədxanov Quxuroba kəndində vətəndaşları qəbul edib

04 oktyabr 2024 | 17:31

Qəbul qrafikinə uyğun olaraq RİH başçısının növbəti səyyar qəbulu rayonun Quxuroba kəndində keçirilib. Qəbul zamanı kənd sakinləri istismara yararsız işıq dirəklərinin yeniləri ilə əvəz edilməsi, elektrik enerjisinin verilişində yaranan fasilələrin aradan qaldırılması, nəqliyyat vasitələrinin, eləcə də piyadaların təhlülkəsiz hərəkətini təmin etmək üçün magistral avtomobil yolunda yol nişanlarının və piyada səkilərinin quraşdırılması, suvarma kanallarına beton üzlük çəkilməsi, artezian quyusunun təmiri, sosial yardımın verilməsi, köhnədən qalma işıq pulu borclarının silinməsi və digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Vətəndaşlar həmçinin kənddə uşaq bağçasının tikintisinə, əhaliyə ilkin tibbi yardımın göstərilməsi üçün həkim heyyətinə, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına ehtiyac olduğunu bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq göstərişlər vermiş, həlli üçün zəruri tədbirlər görüləcəyini bildirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər