Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

RİH başçısı Sahir Məmmədxanov rayondakı bir sıra ümumtəhsil məktəbləri və uşaq bağçalarına baxış keçirib.

19 avqust 2024 | 19:21

Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və uşaq bağçalarına, eləcə də səfər etdiyi kənd yaşayış məntəqələrindəki məktəblərə baxış keçirib. RİH başçısının rayondakı təhsil müəssisələrinə səfəri, təhsil və tərbiyə sahəsində mövcud vəziyyətin dəyərləndirilməsi və bu sahədəki problemlərin aradan qaldırılması üçün mühüm addımdır. Səfərin əsas məqsədi, təhsil müəssisələrinin fəaliyyətini yerindəcə öyrənmək, infrastruktur və tədris şəraitini qiymətləndirmək, həmçinin müəllim və tərbiyəçi heyətinin iş şəraiti ilə yaxından tanış olmaq olub.

İlk öncə şəhər məktəblərinə baş çəkən RİH başçısı məktəblərin sinif otaqları, laboratoriyalar, idman zalları və digər tədris sahələrini diqqətlə nəzərdən keçirib. Məktəb rəhbərləri ilə keçirilən görüşlərdə təhsil prosesində qarşıya çıxan çətinliklər, mövcud problemlər və onların həlli yolları müzakirə edilib. Bu görüşlərdə əsas diqqət məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə, sinif otaqlarının müasir tədris avadanlıqları ilə təchiz olunmasına və şagirdlərin daha yaxşı təhsil şəraitinin təmin edilməsi ilə bağlı məsələlərə yönəldilib. RİH başçısı şəhər məktəblərinin ümumi vəziyyətindən razı qaldığını bildirsə də, məktəbdaxili tərtibat işlərinin müasir siyasi tələblərə uyğunlaşdırılmasının, cari təmir və təmizlik işlərinin aparılmasının zəruriliyini də diqqətə çatdırıb.

RİH başçısı səfərinin növbəti mərhələsində Qusar şəhərində yerləşən uşaq bağçalarına baş çəkilib. Bu səfər zamanı bağçaların ümumi vəziyyəti, uşaqların tərbiyə şəraiti, qidalanma vəziyyəti və oyun sahələri yoxlanılıb. Bağçaların rəhbərləri ilə keçirilən görüşlərdə, uşaqların tərbiyəsi və inkişafı üçün müasir təlim-tərbiyə metodlarının tətbiqi məsələləri, həmçinin infrastrukturunun yenilənməsi və uşaqlar üçün təhlükəsiz mühitin təmin edilməsi məsələləri müzakirə edilib. RİH başçısı bağçaların qidalanma və sanitariya şəraiti ilə də yaxından tanış olub. Uşaqların qidalanma keyfiyyəti və sanitariya tələblərinə uyğunluq məsələləri diqqət mərkəzində olub. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və uşaqlar üçün daha sağlam mühitin yaradılması üçün konkret tədbirlərin görülməsi üçün göstərişlər verilib.

Səfərin sonunda, RİH başçısı Sahir Məmmədxanov, təhsil müəssisələrinin rəhbərlərinə və aidiyyəti üzrə müvafiq orqanlara öz tövsiyələrini bildirərək, mövcud problemlərin aradan qaldırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və uşaqların hərtərəfli inkişafı üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Səfər əsasında əldə edilən məlumatların, rayonun təhsil sistemində islahatların həyata keçirilməsi və təhsil müəssisələrinin inkişafı üçün yeni layihələrin hazırlanması prosesində əsas rol oynayacağını deyib.  RİH başçısı məktəblərin əsaslı təmirinin və yeni məktəblərin tikintisinin zəruriliyini qeyd edərək, bu istiqamətdə tezliklə lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

Keçidlər