RIH başçısı Sahir Məmmədxanov Sudur kəndində vətəndaşları qəbul edib
Qəbul qrafikinə uyğun olaraq RİH başçısının növbəti səyyar görüşü rayonun Sudur kəndində olmuşdur. Vətəndaşlar onları narahat edən məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişdir. Kənd sakinləri əhalinin rahat gediş-gəlişininin təmin edilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə 2019-cu ildə yenidən qurma işlərinə başlanmış çətin relyefə malik, dağlıq ərazidən keçən Həzrə-Sudur avtomobil yolunun Gican kəndindən Sudur kəndinə kimi yarımçıq qalan 14 km-lik məsafənin yenidən qurulması, istismara yararsız işıq dirəklərinin yeniləri ilə əvəz edilməsi, yanacaq odunun tədarükündə yaşanan çətinlikləri nəzərə alaraq Sudur və ətraf kəndlərinin qazlaşdırılması, taxıl sahələrinin gəmiricilərdən qorunması üçün dərman preparatları ilə təmin edilməsi və digər məsələlərə köməklik göstərməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq göstərişlər vermiş, həlli üçün zəruri tədbirlər görüləcəyini bildirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.