Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

RIH başçısı Sahir Məmmədxanov Zindanmuruqqışlaq kəndində vətəndaşları qəbul edib

13 sentyabr 2024 | 09:58

Qəbul qrafikinə uyğun olaraq RİH başçısının növbəti səyyar görüşü rayonun Zindanmuruqqışlaq kəndində olmuşdur. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Səyyar qəbulda vətəndaşlar onları narahat edən məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişdir. Kənd sakinləri yeni çəkilən yolda yol nişanlarının quraşdırılması, elektrik dirəklərinin və naqillərinin yeniləri ilə əvəz olunması, mövcud transformatorun daha güclü transformatorla əvəz edilməsi, kəndə təbii qazın verilməsi, yay aylarında suvarma suyuna olan tələbatın yaxşılaşdırılması, kənd stadionunun istifadəyə yararlı vəziyyətə gətirilməsi və bir sıra digər məsələlərlə bağlı müraciət etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq göstərişlər vermiş, səsləndirilmiş  hər bir məsləni diqqətdə saxlanacağı və həlli üçün zəruri tədbirlər görüləcəyini bildirmişdir.

Keçidlər