Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

05.06.2025-ci il tarixində RİH başçısı sakinlərlə növbəti məhəllə görüşünü keçirib

06 iyun 2025 | 21:08
Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov əhalinin sosial vəziyyəti, gündəlik qayğı və problemləri ilə yerində tanış olmaq məqsədilə növbəti məhəllə görüşünü keçirib.
Görüşdə RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər. Qusar şəhər 5 saylı tam orta məktəbin həyətində keçirilən görüşdə vətəndaşlar şəhərin Ə. Mustafayev və Mehmandarov küçələrinin asfaltlanması, istismar müddətini başa vurmuş elektrik xətlərinin və dayaqlarının dəyişdirilməsi, Həsrətov küçəsində nəqliyyatın təhlükəsiz hərəkəti üçün süni maneələrin (tramplinlərin) quraşdırılması və digər məsələlərlə bağlı müraciətlərini ediblər. Sakinlər, həmçinin çayın sağ sahilində yerləşən 400-ə yaxın evin suvarma suyu ilə təmin olunmamasından və elektrik enerjisi təchizatında tez-tez fasilələrin baş verməsindən narahatlıqlarını ifadə ediblər. Onların sözlərinə görə, bu kimi məsələlər həm gündəlik həyat şəraitini çətinləşdirir, həm də təsərrüfat fəaliyyəti üçün ciddi çətinliklər yaradır.
RİH başçısı tərəfindən sakinlərin səsləndirdiyi bütün müraciətlər diqqətlə dinlənilib, qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Rayon rəhbəri bildirib ki, vətəndaşların haqlı narahatlıqları daim diqqət mərkəzində saxlanılır və onların aradan qaldırılması məqsədilə zəruri addımlar atılır.
Keçidlər