RİH başçısı yanında növbəti Şura iclası keçirilib
18 mart 2025 | 18:25
18 mart 2025-ci il tarixdə Qusar rayon İcra Hakimiyyətində növbəti Şura iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
İclasın gündəliyinə “Qusar şəhərində əhaliyə göstərilən kommunal xidmətlərinin yaxşılaşdırılması sahəsində görülən işlər və xidmət haqlarının ödənilməsi vəziyyəti” haqqında məsələ daxil edilib.
Şura iclasını giriş sözü ilə açan Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov iclas iştirakçılarını salamlayıb, gündəlikdə duran məsələni onların diqqətinə çatdırıb. Daha sonra Qusar RİH başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cavid Bədirxanov, Qusar su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Məzahir Əzizov, Qusar Elektrik Şəbəkəsinin rəisi Elxan Alıyev məruzələrlə çıxış ediblər.
Şura iclasında Qusar şəhər Kommunal Müəssisələr Kombinatı və Mənzil İstismar İdarələrinin sanitar təmizlik, yaşıllaşdırma, işıqlandırma, abadlaşdırma işləri üzrə fəaliyyətləri, göstərilmiş xidmətlərə görə xidmət haqlarının yığılması, sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə görülən qabaqlayıcı tədbirlər və əhaliyə göstərilən digər xidmətlərin icra vəziyyəti və qarşıda duran vəzifələr ilə bağlı müzakirələr aparılmışdır. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.