Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

RİH başçısı yanında Şuranın növbəti iclası keçirildi

01 noyabr 2024 | 17:50

Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə uyğun olaraq Qusar RİH başçısı yanında yaradılmış Şurada vaxtaşırı rayonun iqtisadi, sosial-mədəni və digər məsələlərinə həsr olunmuş müzakirələr keçirilir, mövcud problemlər ərtaflı müzakirə olunur, həyata keçiriləcək infrastruktur və sosial layihələrə dair fikir mübadiləsi aparılır. RİH başçısı yanında Şuranın növbəti iclası 31 oktyabr 2024-cü ildə keçirildi. Şuranın sədri, RİH başçısı Sahir Məmmədxanov Şuranın iclasını açıq elan edərək, Şura iclasının iştirakçıları və müzakirə olunacaq məsələ lə bağlı məumat verdi. Daha sonra Şuranın gündəliyində olan məsələ, “Rayonun makro-mikro iqtisadi göstəriciləri, əhalinin içməli su, elektrik enerjisi, rabitə xidməti və təbii qazla təminatının yaxşılaşdırılması sahəsində aidiyyatı təşkilatlar tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr haqqında, həmçinin xidmət təşkilatlarının gəlir, xərclər və xidmət haqqlarının ödənilməsi vəziyyətinin təhlili” ilə bağlı hazırlanmış geniş arayış ilə RİHB Aparatının Sosial-iqtisadi inkişafın təhlili və prognozlaşdırılması şöbəsi müdirinin müavini İkram Tumarxanov çıxış etdi. Məruzə ətrafında Şura sədri və üzvləri tərəfindən ətraflı müzakirələr aparıldı. Yekunda aparılmış müzakirələr nəzərə alınmaqla müvafiq qərar qəbul edildi. Sonda RİH başçısı Şuraya çıxarılacaq məsələrlə bağlı əsaslandırılmış arayışların hazırlanması, əhalini daha çox narahat edən məsələlərin müzakirəyə çıxarılması, Şurada qəbul edilən qərarların icrasına məsuliyyətlə yanaşılması və nəzarətdə saxlanılmasına dair tapşırıq və tövsiyələrini bildirdi.

 

Rayonun makro-mikro iqtisadi göstəriciləri, əhalinin içməli su, elektrik enerjisi, rabitə xidməti və təbii qazla təminatının yaxşılaşdırılması sahəsində aidiyyəti təşkilatlar tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr, həmçinin xidməti təşkilatlarının gəlir, xərc və xidmət haqlarının ödənilməsi vəziyyətinin təhlilinə dair

A R A Y I Ş

2024-cü il sentyabr ayının 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə iqtisadi məsələlər müzakirə olunmuş, ilin sonuna qədər görüləcək işlər haqqında fikir mübadiləsi aparılmışdır. Müşavirəni giriş sözü ilə açan Prezident cənab İlham Əliyev bildirmişdir ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir və iqtisadi artım 4,3 faiz təşkil etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, bugün dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda demək olar ki, bu çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektoru 7 faiz artmış, inflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. İnflyasiya çox aşağı səviyyədə olmasına və ölkə qarşısında duran vəzifələrin böyük maliyyə vəsaiti tələb etməsinə baxmayaraq, həssas təbəqədən sayılan vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması üçün bütün imkanların səfərbər olunduğunu vurğulayan ölkə başçısı gələn il minimum əməkhaqqı və  pensiyaların artırılacağını da diqqətə çatdırmışdır. Cənab Prezident xarici borcun ümumi daxili məhsula olan nisbətinin  cəmi 7,5 faiz olduğunu və bunun da gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf olunmasına imkan verəcəyini  bildirmişdir.

Ölkəmizdə 2024-cü ilin 9 ayının makroiqtisadi göstəriciləri də qənaətbəxş olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 92829,5 milyon manatlıq  ümumi daxili məhsul istehsal olunmuşdur ki, bunun da 1,3 faizi sənaye, 3,6 faizi ticarət, 0,8 faizi kənd təsərrüfatı, 8,3 faiz əhaliyə göstərilən ödənişli xidmətlər, 12,3 faizi informasiya və rabitə sahələrinin payına düşmüşdür. 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 6,1% artaraq 61 milyard 587 milyon manat və ya hər nəfərə orta hesabla 6039,2 manat, muzdla çalışan  işçilərin  orta  aylıq  nominal  əmək haqqı 8,0 % artaraq 997,1 manat təşkil etmişdir.

Respublikamızda olduğu kimi, Qusar rayonunda da cari ilin 9 ayınının sosial-iqtisadi inkişaf və makroiqtisadi göstəricilərində artım qeydə alınmışdır. Belə ki, rayonda məhsul buraxılışının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə  64 milyon 456 min manat, yəni 21,2 faiz artaraq 344 milyon 595 min manat, sənaye məhsulunun ümumi həcmi 2 milyon 211 min manat, yəni 8,5 faiz artaraq 19 milyon 176 min manat, əsas kapitala yönəldilən investisiyalar 2,4 dəfə artaraq 24 milyon 390 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 609 min manat, yəni 35,8 faiz artaraq 2 milyon 286 min manat, nəqliyyat sektorunda əldə olunan gəlirlər 665 min manat, yəni 16,4 faiz artaraq 5 milyon 316 min manat, pərakəndə ticarət  dövriyyəsi 4 milyon 824 min manat, yəni 1,5 faiz artaraq 211 milyon 500 min manat, əhaliyə göstərilən ödənişli xidmətlər 14 milyon 495 min manat, yəni  25,9 faiz artaraq 62 milyon 743 min manata çatmış, rayon üzrə orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artaraq 642,3 manat, o cümlədən dövlət sektorunda 762 manat, özəl sektorda 523,5 manat təşkil etmişdir. Kənd təsərrüfatının ümumi məhsulu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 151 min manat, və ya  2,8 faiz azalaraq 176 milyon 682 min manat təşkil etmişdir.

2024-cü ilin III rübündə rayonun yerli gəlirləri proqnozu 4123,6 min manata qarşı 4774,5 min manat və ya 115.8 % icra olunmuş, büdcəyə  650, 9 min manat əlavə vəsait daxil olmuşdur. Yerli xərclər üzrə proqnozu isə 4123,6 min manata qarşı 2783,8 min manat olmaqla  67,5 % icra olunmuşdur.

Cari ilin 9 ayı ərzində rayon əhalisinin maddi-rifah səviyyəsinin yüksəldilməsi, aztəminatlı təbəqənin sosial müdafiəsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, istiqamətində bir sıra işlər  görülmüşdür.

01 oktyabr 2024-cü il vəziyyətinə Qusar rayonunda iqtisadi fəal əhalinin sayı 55,2 min nəfər, ondan məşğul əhalinin sayı 52,5 min nəfər, işsiz əhalinin sayı 2,7 min nəfər olmuşdur. Muzdla işləyən  işçilərin sayı 12 min nəfər olmuşdur ki, ondan 6 min nəfəri dövlət sektorunda, 6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Muzdla işləyənlərdən qadınların sayı 4,7 min nəfər omuşdur.

2024-cü ilin yanvar-sentyabr aylarında 11 hüquqi və 580 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmiş, 119 iş yeri açılmışdır ki, onların hamısı daimidir. Yeni yaradılmış iş yerlərindən 15-i hüquqi şəxslərdə, 104 isə mövcud müəssisə və təşkilatlarda açılmışdır.

Qusar rayonu üzrə 2024-ci ilin 9 ayı ərzində əmək bazarında iştirak etməsi nəzərdə tutulan qeyri-məşğul əhalidən işə düzəlmək məqsədilə 2084 nəfər işaxtaran kimi rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və  qeydiyyata  alınmışdır. Həmin şəxslərdən 669 nəfəri qadın olmaqla, cəmi 1689 nəfəri münasib işlə təmin olunmuşdur ki, bu da   ötən ilin müvafiq dövrü ilə müqayisədə (1689-1614 )  75 nəfər çoxdur. Cari ilin doqquz ayında əmək müqaviləsinə xitam verilmiş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta ödənişi almaq hüququna malik 31 işsiz şəxsə (8 nəfərini qadın) işsizlikdən sığorta ödənişi təyin edilmişdir. 2024-cü ilin 9 ayı ərzində özünüməşğulluq proqramı çərçivəsində 106  nəfər Qusar rayon Məşğulluq Xidməti tərəfindən müxtəlif aktivlərlə təmin edilmiş, 27 nəfər qadın olmaqla, cəmi 51 nəfər ( 2023-cü ilin müvafiq dövründə 26 nəfər cəlb edilmişdir) haqqı ödənilən ictimai işlərə, 24 nəfər müxtəlif ixtisaslar üzrə peşə hazırlığı kurslarına cəlb olunmuşdur. Cari ildə 24 nəfər  peşə hazırlığı kurslarına cəlb olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 nəfər azdır. Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən Qusar rayonunda 22 may 2024-cü il tarixində 15 müəssisənin iştirakı ilə əmək yarmarkası keçirilmiş, həmin  yarmarkada 198 boş iş yeri təklif olunmuş, münasib işlə təmin olunmaq məqsədilə  236 nəfər müraciət etmiş, onlardan 25 nəfəri işlə təmin olunmuşdur.

2024-cü ilin 9 ayı üzrə Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsinin  Qusar rayon qəbul şöbəsi üzrə 9137 nəfər pensiyaçı qeydiyyatdadır ki, bundan da 5998  nəfəri yaşa görə, 2051 nəfəri əlilliyə görə, 1088 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır.  Rayonda cəmi 4203 nəfəri sosial müavinət alır ki, bundan 1843 nəfəri yaşa görə, 495 nəfəri  ailə başçısını itirməyə görə, 1865 nəfəri isə əlilliyə görə sosial müavinət alır. Rayonda orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrdən cəmi 264 ailə ünvanlı dövlət sosial yardımı alır ki, bu da Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan rayonların əhalisi ilə nisbətdə çox aşağı (0,25 %) göstəricidir. Bu sahədə aktual problemlər rayonda əhali arasında sosial-müdafiə tədbirlərinin, maarifləndirmə və vətəndaş qəbullarının zəif təşkil olunması və nəticədə Regional filialının xidmət sahəsinə daxil digər rayonlarla müqayisədə Qusar rayonunda ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayının xeyli aşağı olmasıdır. Buna görə də vətəndaşlar tərəfindən rayon İcra Hakimiyyətinə daxil olan  müraciətlərin  əksəriyyəti də məhz ünvanlı dövlət sosial yardımının təyin olunmasında yaranan problemlərlə bağlıdır. Bununla bağlı DSMF-un Qusar rayon qəbul şöbəsi öz işlərində ciddi dönüş yaratmalı, əhalinin maarifləndirilməsi istiqamətində işləri daha da aktivləşdirilməli, ayrı-ayrı yaşayış məntəqələrində görüşlər, qəbullar keçirməli, bu sahədə qanunvericiliyin tələblərini əhali arasında geniş izah və təbliğ etməlidirlər.

01 oktyabr 2024-cü il vəziyyətinə rayonun bütün təsərrüfat kateqoriyaları üzrə təsərrüfatlarda 23419 hektar sahədə dənli və dənli paxlalılar biçilmiş, həmin sahələrdən 57158,1  ton məhsul əldə edilmiş və orta məhsuldarlıq 24,4 sentner olmuşdur. Bu da keçən ilin müvafiq dövründən (72391,8-57158,1) 15233,7 ton və 5,6 sentner azdır.  Biçilmiş 15580 hektar buğda sahəsindən 39262 ton, 7541 hektar arpa sahəsindən 17360 ton, 2 hektar vələmir sahəsindən 4,8 ton və 207 hektar paxlalılar sahəsindən isə 279,3 ton məhsul toplanmışdır.  Rayonda 1416 hektar sahədə tərəvəz, 2005 hektar sahədə kartof, 89 hektar sahədə isə qarğıdalı əkinləri aparılmış, həmən sahələrdən müvafiq olaraq 30295,6 ton kartof, 252 ton qarğıdalı, 43755,1 ton  meyvə və giləmeyvə, 4,5 ton isə üzüm toplanmışdır. Qeyd edilməlidir ki, sahələrdən tərəvəz məhsullarının yığımı oktyabr ayında da davam etmişdir. Keçən ilə nisbətən dənli və dənli paxlalı bitkilərin əkin sahəsi (24152-23419) 733 hektar və  məhsuldarlıq 5,6 sentner az olmuşdur.  Cari ildə ötən ilə nisbətən kartof sahəsi 8,0 hektar çox, tərəvəz sahəsi 5,6 hektar və qarğıdalı sahəsi isə 11 hektar az  əkilmişdir. Havaların soyuq və yağıntılı keçməsi səbəbindən 01 oktyabr 2024-cü il vəziyyətinə rayonda gələn ilin məhsulu üçün 5775 hektar sahədə payızlıq şum,  15  hektar sahədə səpin işləri aparılmışdır. Hal-hazırda payızlıq əkinlərlə bağlı sahələrdə şum və səpin işləri  davam edir.

2024-cü ilin 9 ayı ərzində rayon ərazisində ənənəvi və intensiv bağların salınması davam etdirilmişdir. Belə ki, cəmi 729,7 hektar olmaqla, 236,7 hektar gilas, 78,9 hektar alma, 32,6 hektar armud, 200,4 hektar nektarin və şaftalı, 181,4 hektar isə fındıq bağları  salınmışdır.

Cari ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qaydada 598.7  ton mineral gübrə verilmiş, rayon ərazisində fəaliyyət göstərən fermerlərə 71 ədəd traktor və 43 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikası lizinq yolu ilə satılmışdır.

Rayonda keçən ilin müvafiq dövrünə nisbətən xırda buynuzlu heyvanların sayı  (99103-98774)  2272  baş və yaxud 3,7 % artmış, iribuynuzlu mal qaranın sayı (37475-37040) 435 baş  və yaxud 1,2 %, azalmışdır. Hesabat dövründə rayonda diri çəkidə 3734,1 ton ət, 24179,2 ton süd, 8859,0  min ədəd yumurta və 110,6 ton yun istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,9 ton və yaxud 0,02 %, süd istehsalı 5,6 ton  və yaxud 0,02%, yumurta istehsalı  9,0 min ədəd və yaxud 0,1 % artmış, yun istehsalı isə 40,4 ton və yaxud 26,8 % azalmışdır.

Cari ilin 9 ayında rayon əhalisinin içməli su, elektrik enerjisi, rabitə xidməti və təbii qazla təminatının yaxşılaşdırılması məslələri də diqqətdə saxlanılmış və bir sıra işlər görülmüşdür.

Qusar Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Qusar şəhərində 7349, Samur qəsəbəsində 263 və Çiləgir kəndində 330 abonentə xidmət göstərir. Hesabat dövründə Qusar Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən  əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün magistral və məhəllədaxili su şəbəkələrində və  su xətlərində baş vermiş nasazlıqlar aradan qaldırılmış, Qusar şəhərində çoxmənzilli yaşayış binalarının zirzəmilərində kanalizasiya xətlərində sızmaların qarşısının alınması məqsədilə müxtəlif diametrli borular yeniləri ilə əvəz edilmiş və Qusar şəhər sakinlərinə fasiləsiz və keyfiyyətli suyun verilməsi məqsədilə su anbarları yuyularaq dezinfeksiya edilmişdir. Rayonun Aşağı Ləgər kəndində müxtəlif diametrli borularla su xətləri çəkilərək 8 ədəd ictimai bulaq istifadəyə verilmiş, Köhnə Xudat Qazmalar, Bədirqala və Qalacıq kəndlərini içməli və suvarma suyu ilə təmin edən Qalacıq arxının 800 p/metr-lik  hissəsinə beton ötük çəkilmiş, 1200 nəfərdən çox əhalinin yaşadığı Kuzunqışlaq kəndinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə kəndin ərazisindən keçən Samur-Abşeron kanalından  suyun nəql edilməsi üçün inşa edilmiş su nasos stansiyası kənd sakinlərinin istifadəsinə verilmişdir. Görülən işlərlə yanaşı rayonun su təminatı sahəsində bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, Qusarçay” Su anbarının yaradılması və Yuxarı Zeyxur kanalının yenidən qurulması, “Bənövşə” gölünün  bərpası,  37 kənddə bunlardan da ilk növbədə 6 kənddə  7 ədəd subartezian quyularının  qazılması, Qusar şəhərində “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” ndən kənarda qalmış evlərə su xətlərinin çəkilməsinə, 1231 nəfər əhalinin yaşadığı Çiləgir kəndində su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına, Qayakənd kəndində yeni qurulmuş su şəbəkəsinin mənbəyə qoşulmasına və ev birləşmələrinə su sayğaclarının quraşdırılması, həmçinin uzunmüddətli istismar nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüş 2355 nəfər əhalisi olan Samur qəsəbəsinin də su şəbəkəsinin yenidən qurulması  və magistral xəttlərin  bərpası  bu sahədə həlli vacib məsələlərdəndir.

2024-cü ilin III rübü ərzində istehlakçılar tərəfindən 1 milyon 365,7 min manat dəyərində, 998 min kub metr içməli su istehlak olunmuş və bunun müqabilində 1 milyon 371,2 min manat vəsait yığılmışdır. Yığım faizləri əhali üzrə 96.11%, qeyri əhali üzrə 104,7% təşkil etmişdir.

Cari ilin yanvar-sentyabr aylarında abonentlərin qaz təchizatının yaxşılaşdırılması üçün müəyyən işlər görülmüşdür. Samur qəsəbəsi, Əniqoba və Aşağı İmamqulukənd kəndlərində istismara yararsız vəziyyətdə olan qaz tənzimləyici şkafları yeniləri ilə əvəz edilmiş, Qusar şəhərində və rayonun qazla təmin olunmuş kəndlərdə əhali üzrə 391, qeyri-əhali üzrə 19 yeni abonent  təbii qazla təmin olunmuşdur. Rayonun Çiləgir, Köhnə Xudat Qazmalar kəndlərində və şəhərin Lezgintsev küçəsində müxtəlif diametrli 3500 metr qaz xətti çəkilmiş, Gədəzeyxur kəndində müxtəlif səbəblərdən dayaqlardan düşərək torpaqla təmasda olan 1000 metr qaz kəməri dayaqlar üzərinə qaldırılmış və 1700 metr qaz xətti korrroziyaya qarşı boya ilə rənglənmişdir. 2024-cü ilin doqquz ayı ərzində rayon ərazisində müxtəlif diametrli 660 metr daşıyıcı qaz kəməri antipas və parlaq boya ilə rənglənmiş, 7 ədəd yeni siyirtmə quraşdırılmış və 3 ədəd siyirtmə yenisi ilə əvəz edilmişdir. Şəhərin H.Əliyev prospektdə və Şahdağ yolunda müxtəlif diametrli 1840 metr qaz xətti rənglənmiş, şəhərin E.İbrahimova küçəsində isə 650 metr qaz xətti izolyasiya edilmişdir. Hesabat dövründə 1343 ədəd qaz sayğacı yenisi ilə əvəz edilmiş, 41 ədəd qaz sayğacı həyətlərdən küçəyə çıxarılmış, 696  ədəd  qaz  sızması  aradan qaldırılmışdır.

Bütün bunlarla yanaşı bu sahədə ciddi problemlərdən biri dağlıq rayon olmasına baxmayaraq Qusar rayonunda respublikanın digər bölgələrinə nisbətən qazlaşma səviyyəsinin aşağı olmasıdır. 2023-cü ilin may ayında Avaran kəndində və oktyabr ayında Mucuq kəndində qazlaşdırılma işlərinə başlanılmışdır. Lakin  rayon ərazisində  qış fəslinin sərt keçdiyini və həmin layihələrdə evlərin qaz xətlərinə qoşulması nəzərdə tutulmadığını,  işlərin zəif aparılmasını nəzərə alsaq adı çəkilən kəndlərdə qışa kimi evlərə qazın verilməsi də mümkün olmayacaqdır. Bu sahədə digər aktual məsələ 2130 nəfər əhalinin yaşadığı magistral qaz kəmərindən təxminən 2 km məsafədə yerləşən Yasab və rayon mərkəzinə yaxın yerləşən 1389 nəfər əhalinin yaşadığı Xürel kəndlərinin qazlaşdırılmamasıdır. Azərigaz İstehsalat Birliyi tərəfindən hər il həmin kəndlərin qazlaşdırılacağı  bildirilsə də, faktiki  qalaşdırılmamışdır ki,  bu da əhalinin haqlı narazılığına  səbəb olur.

2024 ilin yanvar-sentyabr aylarında rayon üzrə 30 milyon 181 min kub.m hecmində, 5 milyon 307,7 min manat  dəyərində təbii qaz istehlak olunmuş, ödənişi isə 6 milyon 720,8 min manat və ya 126,6 % olmuşdur ki, bunun da  əhali qrupu üzrə 3 milyon 797,9 min manat, qeyri əhali qrupu üzrə 2 milyon 923 min manatı  ödənilmişdir. Qusar Xidmət sahəsinin 01 yanvar 2024 ilə əhali üzrə mövcüd 1768,2 min manat debitor borcu 01 oktyabr 2024 il tarixə 1036,5 min manat azalaraq 731,7 min manat, qeyri əhali üzrə 1520,0 min manat ilin əvvəlinə mövcud borc hesabat dövründə 1,9 min manat azalaraq  1518,1  min manat  olmuşdur.  

2024-cü ilin 9 ayında əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə də bir sıra işlər görülmüşdür. Belə ki, 35/10 kV-luq Əcəxur, Şirvanlı, Zeyxur və Cağar yarımstansiyalarının avadanlıqlarında cari təmir, ölçü sınaq işləri aparılmış, 10 kV-luq  hava elektrik verilişi xətlərində istismar müddətini başa vurmuş 74 dayaq yeni dəmir dayaqlarla əvəz edilmişdir. 6 kV-luq Langi hava elektrik verilişi xəttində 42 ədəd yeni dəmir-beton dayaq və 7 ədəd söykənəcək quraşdırılmış və 4800 metr naqil çəkilmişdir. 10 kV-luq Çubuqlu və Caqar hava elektrik verilişi xətlərində, cəmi 24 ədəd dəmir-beton dayaq quraşdırılaraq  3700 metr naqil çəkilmişdir. Rayonun Piral kəndində 0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədilə 437 ədəd dayaq, 75 ədəd söykənəcək və 250 ədəd sayğac quraşdırılaraq 9890 metr kabel xətti çəkilmişdir. Rayonun bir sıra kəndlərində güc artımı ilə əlaqədar mövcud istismar müddətini başa vurmuş transformatorların yeniləri ilə əvəz edilməsi təmin edilmişdir.  Belə ki, rayonun Əniq, Mucuq, Cağar kəndlərində müxtəlif  gücdə transformatorlar yeniləri ilə əvəz edilmişdir. Bundan əlavə rayonun Əniq kəndində və Aladaş yaşayış massivində 100 kVa-lıq, Zindanmuruqqışlaq kəndində 160 kVA-lıq yeni transformator məntəqəsi  quraşdırılaraq istismara verilmişdir. Rayonun bir sıra kəndlərində ümumilikdə 195 ədəd ağac dayaq yeni dəmir dayaqlarla əvəz edilmiş, 2300 metr naqil və 2700 metr SİP kabel xətləri çəkilmişdir.

Hesabat dövründə Qusar Elektrik Şəbəkəsi tərəfindən istehlakçılara 7 milyon 899 min manat dəyərində 82 milyon 866 min kilovat-saat elektrik enerjisi ötürülmüşdür. İstehlak olunmuş elektrik enerjinin yığım səviyyəsi əhali grupu üzrə 2 milyon 591 min manat və ya 79 %, qeyri əhali üzrə 4 milyon 764 min manat və ya 103,1 %  təşkil etmişdir.

Bütün bunlarla yanaşı rayonda elektrik enerji təminatı sistemində ciddi problemlər hələ də qalmaqdadır. Yaşayış məntəqələrində elektrik enerjisi təminatı sahəsində qalmaqda olan problemlərlə bağlı vətəndaşların rayon İcra Hakimiyyətinə və  digər yuxarı təşkilatlara ünvanladığı, kəndlərdə keçirilən səyyar qəbullarda qaldırdıqları müraciətlərin böyük əksəriyyəti öz həllini tapmır. Kəndlərdə elektrik enejisinin verilişində tez-tez fasilələr yaranması, qəza vəziyyətlərində və hava şəraiti ilə əlaqədar enerji sistemində baş vermiş fəsadların gec aradan qaldırılması, Hava Elektrik Verilişi Xətlərində dirəklərin və naqillərin qəzalı vəziyyətdə olması, yeni məhəllələrdə transformatorların olmaması və ya zəif olması və buna görə də xətlərdə gərginliyin aşağı düşməsi və digər hallar əhalinin haqlı narazılığına səbəb olur.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şimal-Şərq Regional Filialının Qusar şöbəsi tərəfindən 2024-cü ilin 9 ayında rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində də müəyyən tədbirlər davam etdirilmişdir. Belə ki,  GPON texnologiyasının tətbiqi və “Online Azərbaycan” layihəsinin həyata keçirilməsi ilə əlaqədar şəhərin Qusarçay çayının sağ sahili  massivində və rayonun 69 kəndində köhnə kabel xətləri yeni fiber optik kabelləri ilə əvəz edilmiş, 15600 ədəd dəmir dayaq basdırılaraq betonlanmış və 634900 metr müxtəlif tipli fiber optik kabellər çəkilmişdir. Bundan əlavə rayonun Xuray, Ləzə kəndlərində və Kuzun-Ləzə magistral xətlərində GPON texnologiyasının tətbiqi ilə əlaqədar tikinti-quraşdırma işləri başlamış və 328 ədəd dəmir dayaq basdırılmışdır. Hazırda bu istiqamətdə tikinti-quraşdırma işləri davam etdirilir. 2024-cü ilin doqquz ayında ümumilikdə 7842 abunəçi GPON texnologiyasına qoşulmuşdur.

Cari ilin 9 ayı üzrə 2 350,8 min manat dəyərində göstərilmiş rabitə xidmətlərinə görə 2311,4 min manat vəsait yığılmış, ondan 57,5 min manat debitor borc yaranmışdır ki, bunun da 8,4 min manatı  əhali, 44,1 min manatı qeyri-əhali qrupunun  payına düşür.

Bununla belə qeyd etmək lazımdır ki, digər sahələrdə olduğu kimi bu sahədə də bir sıra problemlər qalmaqdadır. Belə ki, internet xidmətlərinin keyfiyyətinin zəif olması, xidmət haqqında istehlakçılara düzgün və dolğun məlumat verilməməsi, telefon və rabitə xidmətləri ilə bağlı bağlanan müqavilələrdə, birtərəfli hüquq və üstünlüklər qazanması yaranan problemlərin gec aradan qaldırılması, şəhər ərazisində yeni quraşdırılan rabitə xətləri dirəklərinin səkiləri zəbt etməsi bu istiqamətdə mövcud problemlərə aiddir.  Odur ki,  qeyd  olunanları  nəzərə  alaraq  mövcud  çatışmazlıqlar  aradan qaldırılmalıdır.

Şəhərin abadlaşdırılması, yolların təmiri  və yenidən qurulması, ictimai yerlərdə əhalinin  rahatlığı və  müasir  şəraitin yaradılması qarşıda duran əsas məsələlərdəndir.     Rayon ərazisində yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisi və əsaslı təmiri sahəsində bir sıra işlər görülmüşdür.  Belə ki, rayon ərazisində kəndlər üzrə  “6 nömrəli Yol İstismarı” MMC-nin balansında olan ümumilikdə 300 km-dən çox müxtəlif istiqamətlərdəki asfalt-beton örtüklü avtomobil yollarında əmələ gələn çatların təmiri, çınqıl örtüklü yollarda təmir-bərpa və hamarlama işləri görülmüşdür. Hesabat dövründə İnvestisiya layihəsi çərçivəsində Qusar- Xudat (18)-Langu-Cağarqışlaq—Urvaoba-Kuzunqışlaq-Zindanmuruqışlaq-Avaranqışlaq-Atlıxan-Minəxur kəndləri üzrə  ümumilikdə 23 km avtomobil yolunun təmir-tikinti işləri başa çatdırılaraq yol nişanlarının quraşdırılması işləri həyata keçirilir. Eyni zamanda əvvəlki illərdə asfalt örtüyü çəkilmiş yollarda xətlər pozulmuş və görünməz vəziyyətə düşmüş, yeni çəkilən yollarda isə yolun hərəkət hissəsinin xətlənməsi işləri görülməmişdir. Qusar-Xürel, Həzrə-Sudur və bəzi digər yolların təhlükəli yerlərində baryerlərin, beton blokların, siqnal dirəklərin qoyulmasına ehtiyac vardır. Yollarda hərəkət təhlükəsizliyinin təmin olunması üçün bu problemlərin aradan qaldırılmalı və zəruri yerlərdə yol nişanlarının qoyulması təmin olunmalıdır.

Hesabat dövründə şəhərin L.Nemət küçəsində-5460 kv.m, R.Nurullayev küçəsində  3000 kv.m, S.Vurğun küçəsində  4200 kv.m, Sahil küçəsində 2000 kv.m, T.Sevziyev küçəsində 2400 kv.m, Cavanşir küçəsində 900 kv.m, Balaqadaşov küçəsində 5100 kv.m asvalt örtüyün çəkilməsi  işləri yerinə yetirilmiş, şəhərin B.Ağaverdiyev küçəsinin  gecə işıqlandırılması ilə təmin olunmuş və  bu  istiqamətdə işlər davam etdirilir.  

Bununla yanaşı bazar ətrafı ərazidə küçə ticarəti, piyada keçidi və səkilərdə pərakəndə satışının qarşısının alınması, ərazinin sanitar-gigiyenik vəziyyətinin normallaşdırılması  üçün  tədbirlər  görülür.

2024-cü ilin yanvar-sentyabr aylarında Qusar Kommunal Müəssissələri Kombinatı məişət tullantılarının yığılıması, daşınması ilə bağlı  işlərini qrafikə uyğun aparılaraq, əhali qrupu üzrə 43188 manat, qeyri əhali qrupu üzrə 64006 manat olmaqla cəmi  107960 manat hecmində kommunal xidmətlər yerinə yetirilərək 100024 manat vəsait yığılmışdır ki,  bunun da əhali üzrə 36017 manat və ya 83.4 % ,qeyri əhali üzrə 64006 manat və ya  100 % təşkil etmişdir ki, bu da ümumi göstərici üzrə  keçən ilin müvafiq dövrü ilə müqayisədə  ( 100024 -53134 ) 88.3 % çoxdur.

Qeyd olunanlarla yanaşı müəssisə üzrə bir sıra  nöqsan və çatışmamazlıqlar da mövcuddur. Belə ki şəhərin mərkəzdən kənar yaşayış massivlərdə məişət tullantılarının müntəzəm daşınmaması, xidmət göstərilən abonentlərlə müqavilələrin vaxtında  bağlanmaması  bu sahədə mövcud  catışmamazlıqlardandır.

Cari ilin yanvar-sentyabr aylarında Mənzil istismarı müəssisəsi tərəfindən də müəyyən işlər görülmüşdür. Belə ki, Mənzil Fondu ərazilərində sanitar vəziyyətin qorunması məqsədilə tədbirlər görülmüş, təmizlik və dezinfeksiya işləri həyata keçirilmişdir. H.Əliyev prospekti 117A, 170, 174,  Z.Əliyeva küçəsi 94, 96, 124 və 126  saylı binaların dam örtüklərində qar və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş su boruları və novalçalar təmir edilərək təmizlənmişdir. H.Əliyev küçəsi 166 saylı binanın ətrafına beton səki çəkilmiş və binanın fasadında təmir işləri görülmüşdür. 2024-cü ilin doqquz ayında  Mənzil Fondu ərazilərdən cəmi 2088 m3 məişət tullantılarının təyin olunmuş qrafik üzrə daşınması təmin olunmuşdur.

2024-cü ilin III rübü üzrə nəzərdə  tutulmuş 12634 manat xidmət haqlarının 58,8 faizi və ya 7432 manatı icra olunmuşdur. Bu da yığım səviyyəsinin aşağı olması, müəssisənin ümumi maliyyə təsərrüfat fəaliyyətinə mənfi təsir etməklə yanaşı dövlət büdcəsindən alınan dotasiyanın həcminin artırılmasına səbəb olur. Odur ki, müəssisənin rəhbərliyi bu sahədə dönüş yaratmalı, xidmət haqlarının vaxtında yığılması üçün əlavə tədbirlər görməlidir.
Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi  və  cari ilin 11-22 noyabr tarixlərində ölkəmizin COP29  kimi  mötəbər bir tədbirə   ev sahibliyi etməsi ilə əlaqədar rayonda da bir sıra silsilə tədbirlər davam etdirilmişdir. "Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın uyğun  olaraq  rayon ərazisində  10800- dən çox müxtəlif  növ ağacların əkilməsi  təmin olunmuşdur.

Keçidlər