Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

RİH başçısının I müavini yubileyi münasibətilə təbrik edildi

18 aprel 2025 | 15:35
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov RİH başçısının I müavini Şahid Fərəməzovu 60 illik yubileyi münasibətilə təbrik edərək ona xoş arzularını çatdırıb. Dövlət qulluğunda səmərəli fəaliyyəti və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.
İcra başçısı Şahid Fərəməzovun ona tapşırılan bütün vəzifələrin öhdəsindən layiqincə gəldiyini və ona göstərilən etimadı daim doğrultduğunu qeyd edərək, gələcək fəaliyyətində uğurlar arzu edib.
Aparatın kollektivi də yubiley münasibətilə səbəbkarı təbrik edərək, ona uzun ömür, möhkəm cansağlığı arzu ediblər.
Şahid Fərəməzov ona göstərilən diqqət və qayğıya, xoş sözlərə, təbriklərə görə rayon rəhbərinə və bütün kollektivə minnətdarlığını bildirib. Ona olan etimadı bundan sonra da doğruldacağını qeyd edib.
Keçidlər