Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

RİH Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrlə fərdi görüşləri ərazidə mövcud problemlərin yaxından öyrənilməsinə imkan verir

01 noyabr 2024 | 18:07

Son aylar idarəetmə proseslərində yeni metodlar tətbiq olunur, əhalinin dövlət məmurlarına əlçatanlığının təmin edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir: vətəndaşların qəbul qaydaları sadələşdirilir, müasir kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunur. Bununla yanaşı yerlərdə əhalinin problemlərinin daha yaxından öyrənilməsi də diqqət mərkəzində saxlanılır. Məhz bu baxımdanRayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrlə fərdi görüşləri mövcud problemlərin daha dərindən öyrənilməsi və səmərəli həlli baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu görüşlər yerli əhalini maraqlandıran suallar barəsində geniş fikir mübadiləsi aparmağa və daha optimal həll yolları tapmağa şərait yaradır. Bu günədək  Sudur, Düztahir, Əcəxur, Yuxarı Qələnxur, Yuxarı Tahircal, Zindanmuruq, Əniq, Xuray, Urva, Avaran, Quxuroba, Şirvanlı, Samur, Qılahoba və Kuzunqışlaq inzibati ərazi dairələri üzrə nümayəndələrlə görüşlər keçirilib.

RİH başçısının nümayəndələrlə keçirdiyi fərdi görüşlərdə müxtəlif sahələri əhatə edən məsələlər müzakirə edilir. Müasir idarəetmənin vacib elementlərindən birinə çevrilən bu görüşlər yerli icmaların ehtiyac və tələblərinin öyrənilməsi, maliyyə resurslarının düzgün istiqamətləndirilməsi və əhalinin dövlət idarəetməsinə olan inamının artırılmasına xidmət edir.

Fərdi görüşlər zamanı tez-tez üzə çıxan əsas problemlərdən biri infrastruktur problemləridir. Yol, su, kanalizasiya və elektrik enerjisi kimi infrastruktur problemləri əhalinin həyat keyfiyyətinə mənfi təsir edir. Görüşlər zamanı rayon ərazisində yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluq proqramlarına cəlb edilməsinə olan ehtiyac məsələsi vaxtaşırı olaraq nümayəndələr tərəfindən qaldırılır. Bu, gənclərin bölgədə qalmasını təmin etməklə yanaşı, iqtisadi inkişafı da stimullaşdırır. Təhsil və səhiyyə xidmətlərinin səviyyəsinin artırılması məsələləri, xüsusən də ucqar kəndlərdə əsas problemlərdən biridir. Əhalinin sosial-məişət vəziyyəti, rayon ərazisində ictimai, siyasi və dini, ideoloji məsələlər də əsas müzakirə mövzuları kimi diqqətdə saxlanılır. Görüşlər zamanı bu məsələlər dərinləşdirilmiş şəkildə müzakirə edilir və təkliflər verilir.

Keçirilən görüşlər mövcud problemlərin öyrənilməsi və həllinə şərait yaratmaqla yanaşı İnzibati ərazi dairəsi üzrə nümayəndələrin həm əhali, həm də rəhbərlik qarşısında məsuliyyətini artırır. Qeyd olunan görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

 

Keçidlər