Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

RİH başçısının növbəti səyyar görüşü Bədirqala kəndində baş tutub

17 dekabr 2024 | 20:37
Ölkə başçısı tərəfindən hər zaman vətəndaş məmnunluğu məsələsi diqqətdə saxlanılır. RİH başçısı tərəfindən vətəndaşların qəbulu, onlarla yerlərdə keçirilən görüş və qəbullar bunun bariz nümunəsidir. Mütəmadi olaraq keçirilən görüşlərin əsas məqsədi vətəndaşların problemlərinin operativ şəkildə həll olunmasıdır.
RİH başçısının növbəti səyyar görüşü rayonun Bədirqala kəndində baş tutub. Rayon İcra Hakimiyyətinin başçısı, RİHB Aparatının məsul şəxsləri, idarə, təşkilat, xidmət sahəsinin rəhbərləri, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar öz problem və təkliflərini səsləndiriblər.
Kənd sakinləri işıq dirəklərinin yenilənməsi, kəndin küçələrinin işıqlandırılması, sərbəst hərəkətə çətinlik yaradan ağacların budanması, suvarma arxının betonlanması və digər məsələlərlə bağlı müraciətlərini bildiriblər.
RİH başçısı tərəfindən sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşlar mütəmadi olaraq keçirilən səyyar görüşlərdən razı qaldıqlarını bildirərək son zamanlarda vətəndaşların problemlərinin həlli istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər