RİH başçısının növbəti səyyar qəbulu 04.06.2025-ci il tarixində Torpaqkörpü və Hacatala kəndlərində baş tutub
04 iyun 2025 | 19:24
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov iyunun 4-də vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Rayonun Torpaqkörpü və Hacatala kəndlərində baş tutan qəbullarda RİHB Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və kənd sakinləri iştirak ediblər.
Qəbullarda vətəndaşlar Torpaqkörpü və Hacatala kəndlərinin mavi yanacaqla təminatı, istismar müddətini başa vurmuş elektrik xəttləri və dirəklərinin yeniləri ilə əvəz olunması, kənddaxili yolların təmiri, su arxlarının təmizlənməsi, artezian quyusunun qazılması və digər bu kimi müraciətlərini səsləndiriblər.
Qəbul zamanı sakinləri maraqlandıran məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və RİH başçısı tərəfindən sakinlərin səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, yerlərdə mütəmadi olaraq keçirilən səyyar görüşlər əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və birbaşa həll edilməsi məqsədini daşıyır.






