Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

RİH başçısının növbəti səyyar qəbulu Yeni Həyat kəndində keçirilib

15 iyul 2025 | 17:42
 
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Yeni Həyat kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda həmçinin RİH başçısı Aparatının əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kənd sakinlərinin iştirakı təmin olunub.
Sakinlərlə keçirilən görüşdə icra başçısı onların arzu və təkliflərini dinləyib, problemləri ilə tanış olub. Kənd sakinləri istismara yararsız elektrik dirəkləri və xəttlərinin yeniləri ilə əvəz olunması, kənddaxili yolların təmiri, içməli və suvarma suyunun çatışmazlığı, özünüməşğulluq proqramından istifadə üçün dəstək, işlə təminat və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Görüşdə həmçinin kənddə uşaq bağçasının olmamasının sakinlər üçün bir sıra çətinliklər yaratdığı qeyd olunub.
Sakinləri narahat edən məsələləri daim nəzarətdə saxlayacağını bildirən rayon rəhbəri qaldırılan problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.
Əhali ilə mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, görüş və qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər