Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Şahdağ Qusar” 1-ci Liqada ardıcıl ikinci qələbəsini qazandı

10 sentyabr 2026 | 17:59
 
Qusar rayonu ölkəmizin idman ənənələri ilə seçilən bölgələrindən biridir. Rayonda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, gənclər və idman siyasətinə göstərilən dövlət qayğısı yeni uğurların qazanılmasına zəmin yaradır. Azərbaycan 1-ci Liqasında Qusarı təmsil edən “Şahdağ Qusar” Futbol Klubu da çıxışları ilə rayonun idman ictimaiyyətini sevindirir.
Futbol üzrə Azərbaycan I Liqasının II turu çərçivəsində “Şahdağ Qusar” Bakının Binə qəsəbə stadionunda “Karvan-Yevlax” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Qusar təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlib və 2 turdan sonra xallarının sayını 6-ya çatdıraraq qrupda I yerdə qərarlaşıb. Qeyd edək ki, bu “Şahdağ Qusar”ın mövsümdə ikinci qələbəsidir.
“Şahdağ Qusar” komandasının futbolçu və məşqçilər heyətini qazandıqları qələbə münasibətilə təbrik edir, qarşıdakı oyunlarda onlara uğurlar arzulayırıq.
Keçidlər