Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb

10 yanvar 2025 | 20:33

Yanvarın 10-da “Şahdağ” Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb.

Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarış 10-13 yanvar tarixlərini əhatə edəcək.

Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Yunanıstan, Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı qüvvəsini sınayacaq.

Yanvarın 10-da idmançılar sprint yarışı üzrə mübarizə aparıblar, yanvarın 11-də vertikal və 13-də individual növlər üzrə mübarizə aparacaqlar.

Keçidlər