Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Sahir Məmmədxanov Gilahoba kənd sakinləri ilə görüşüb.

24 iyul 2024 | 09:54

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov növbəti səyyar qəbulu rayonun Gilahoba kəndində keçirib. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri kəndin qazlaşdırılması, köhnəlmiş elektrik dirəklərinin və xətlərin yeniləri ilə əvəz edilməsi, avtomobil yolunun təmiri və bir sıra digər məsələləri qaldırmışdır. Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlər ilə tanış olaraq aidiyyatı qurumların rəhbərlərinə müafiq göstərişlər verdi, digər  məslələrin həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirdi.

Keçidlər