Sahir Məmmədxanov şəhidlərin anım tədbirində iştirak etmişdir
20 sentyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olmuş Heybətov Sergey Ramin oğlu, Nurməhəmmədov Ramazan Nurməhəmmədoviç və Məmmədəliyev Niyazi Samir oğlunun anım tədbirlərində iştirak etmişdir.
Qusar rayonu Gedəzeyxur kəndindən olan Şəhid Məmmədəliyev Niyazi Samir oğlunun, Ukur kəndindən olan şəhid Heybətov Sergey Ramin oğlunun və Qusar şəhər şəhidlər xiyabanında dəfn olunmuş Şəhid Nurməhəmmədov Ramazan Nurəhmədoviçin məzarları ziyarət olunmuş, şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
İcra başçısı müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xatirələrinin əziz tutulduğundan və ailələrində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdən danışmışdır. Həmçinin o, şəhid ailələrinin qayğı və problemlərin həllinin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulamış, mövcud problemlər müzakirə olunmuşdur.
Anım mərasimində şəhid ataları Nurməhəmmədov Nurəhməd, Məmmədəliyev Samir və Heybətov Ramin şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz təşəkkür və minnətdarlığını bildirmişlər.