Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şair Alxasov Qusar şəhər sakinlərinin problemləri ilə yaxından tanış olub.

04 may 2023 | 18:14

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Heydər Əliyev Mərkəzində Qusar şəhər sakinlərinin səyyar qəbulunu keçirmişdir.  Qəbulda şəhər sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Şəhər sakinləri N.Nərimanov adına mədəniyyət və istirahət parkında quru ağacların kəsilməsi, sanitar qovşağının, fantanların, işıqlandırma sisteminin təmiri, Qusar Olimpiya İdman Kompleksində idman qurğularının yenilənməsi, Kapital bankla üzbəüz yaşıllıq ərazisində oturacaqların təmir olunması və içməli su kranlarının quraşdırılması, Qusar şəhər stadionun təmiri, küçələrin işıqlandırması, asfaltlaşdırılması və digər məsələlər qaldırmışdır. Qaldırılan suallar dinlənilmiş, bir sıra məsələlərlə bağlı, cari ildə görüləcək işlər barədə müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər