Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şair Alxasov Sudur kənd sakinlərinin problemləri ilə tanış olmuşdur.

05 iyul 2023 | 17:35

Sudur kəndində Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun vətəndaşların səyyar qəbulu keçirilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı Milli Məclisin deputatı Azər Badamov, RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir. Vətəndaşlar kəndin elektrik dirəklərinin qəzalı vəziyyətdə olması, internetin olmaması, yolun təmiri və digər məsələlərlə bağlı müraciətlərini etmişdir. Suallar dinlənilmiş, bəzi məsələlərlə bağlı müvafiq izahatlar verilmiş, digər məsələlərin həlli üçün aidiyyatı qurumlara müvafiq göstərişlər verilmişdir.

Keçidlər