Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Sakinləri narahat edən problemlərin həlli istiqamətində işlər görülür

30 noyabr 2024 | 14:08

Ölkədə aparılan abadlıq-quruculuq işləri Qusar rayonundan da yan keçmir. Rayon hər keçən gün öz simasını müsbətə doğru dəyişir.

Ancaq bəzən görülən abadlıq işlərinə xələl gətirən narazılıqlar olur.

Son zamanlarda Qusar rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində xeyli iş görülüb və görülməkdədir.

Bununla belə son vaxtlarda ağır tonnajlı və iri gabaritli yük maşınlarının şəhər küçələrində hərəkəti halları tez-tez müşahidə olunur. Bu da kommunikasiya xətlərinə və küçələrin asfalt qatına zərərsiz ötüşmür. Belə ki, bu kimi halların tez-tez təkrarlanması şəhərdaxili qaz və elektrik xətlərinin sıradan çıxmasına, nəticədə sakinlərin müəyyən müddətdə elektrik enerjisi və təbii qazla təminatı kəsilir, eləcə də  yeni asfalt örtüklərinin yararsız vəziyyətə düşməsinə səbəb olur. Ona görə də rayon Polis şöbəsinin Yol Polisi bölməsi ilə mütəmadi tədbirlər həyata keçirilir.

Şəhərimizin gözəlliyinə xələl gətirən digər bir amil şəhər ərazisində rast gəlinən və yaşıllıq zolaqlarını məhv edən mal-qaranın özbaşına şəhər küçələrinə buraxılması ilə bağlıdır. Bəzi sakinlər ev heyvanlarını küçə və prospektlərə buraxmaqla nəqliyyatın hərəkətinə mane olaraq təhlükəli şərait yaratmaqla yanaşı, həm şəhərin estetik görüntüsünə xələl gəlməsi, həm də antisanitar vəziyyətin yaranmasına səbəb olurlar.

Vəziyyətlə bağlı Qusar şəhər nümayəndəliyi tərəfindən bu cür hallara yol verən şəxslərə xəbərdarlıq edilib. Lakin belə hallara qarşı tək şəhər nümayəndəliyi deyil, hər bir şəxs mübarizə aparmalı, vətəndaşlıq borcunu yerinə yetirərək şəhərimizin gözəlliyinin qorunmasına çalışmalıdır.

Keçidlər