Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Sakinlərin istirahəti, uşaqların asudə vaxtının səmərəli təşkili üçün şəhərdə növbəti məkan yaradılmışdır

18 avqust 2026 | 18:55
 
Qusar şəhərinin Heydər Əliyev prospektində yerləşən əvvəllər çayxanaların fəaliyyət göstərdiyi ərazidə yenidənqurma və abadlıq işləri yekunlaşıb. Sözügedən ərazinin yaxınlığında çoxmərtəbəli yaşayış binaları yerləşir. Ərazidə uzun müddət fəaliyyət göstərən çayxanalar həmin yaşayış binalarında yaşayan sakinlər üçün ciddi narahatlıq yaradırdı. Gecə saatlarına qədər davam edən yüksək səs-küy, müştərilərin izdihamı və ərazidə nəqliyyatın sıxlığı sakinlərin rahat yaşayışını mümkünsüz edirdi. Məsələ ilə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin narazılığına səbəb olan obyektlərin fəaliyyət istiqaməti dəyişdirilib, ərazidə yeni istirahət guşəsi yaradılıb. Yenidən qurulan istirahət guşəsində sakinlərin rahat istirahəti üçün müasir tipli oturacaqlar, dekorativ işıqlandırma sistemi, yaşıllıq zolaqları salınıb, idman qurğuları quraşdırılıb. Xüsusilə uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə ərazidə müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş uşaq oyun meydançaları, attraksionlar və əyləncə qurğuları quraşdırılıb. Hazırda bütün abadlıq işləri başa çatdırılaraq park sakinlərin istifadəsinə verilib. Yenilənmiş istirahət zonası artıq Qusar sakinlərinin ən çox üz tutduğu məkanlardan birinə çevrilib.
Keçidlər