Şanlı Zəfərin 6-cı ildönümünə həsr olunmuş sərgi nümayiş etdirilib
05 noyabr 2026 | 17:00
Noyabrın 4-də Qusar Dövlət Rəsm Qalereyasında Şanlı Zəfərin 6-cı ildönümünə həsr olunmuş sərgi nümayiş etdirilib.
Sərgidə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mədəniyyət Mərkəzinin və Qusar Rayon Mərkəzi Kitabxanasının bir sıra klub və kitabxana filiallarının əməkdaşları iştirak ediblər.
Sərgidə nümayiş olunan rəsm əsərlərində Azərbaycanın Zəfər tarixi, Vətən müharibəsində qazanılmış tarixi Qələbə və xalqımızın qəhrəmanlıq salnaməsi əks olunub.
İştirakçılar sərgi ilə tanış olaraq nümayiş etdirilən əsərlərə baxış keçiriblər.






