Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinə yeni rəis təyin olunub
01 dekabr 2025 | 22:14
Dekabrın 1-də Qusar Rayon İcra Hakimiyyətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin yeni rəisi, polkovnik-leytenant Fuad Hüseynovun təqdimatı keçirilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov yeni təyinatın şöbənin fəaliyyətində keyfiyyət dəyişikliklərinə və çağırış–səfərbərlik işinin daha səmərəli təşkilinə töhfə verəcəyinə inamını ifadə edərək, polkovnik-leytenant Fuad Hüseynovu kollektivə təqdim edib, ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb. Rayonda müdafiə hazırlığının, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin, çağırış prosesinin şəffaf və qanunauyğun təşkilinin vacibliyi qeyd olunub.
Fuad Hüseynov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib, kollektivlə birgə qarşıya qoyulan hədəflərə nail olmaq üçün səylə çalışacağını bildirib.
Təqdimat mərasimində şöbənin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb, görüləcək işlər və prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.






