Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Afik Namik oğlu Həsənovun xatirəsi yad edilmişdir

14 yanvar 2026 | 18:26
Yanvarın 14-də Qusar rayonunun Böyük Muruq kəndində 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Afik Namik oğlunun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət olunmuş, xatirəsi ehtiramla yad edilmişdir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı diləmiş, ailənin ehtiyac və qayğıları ilə maraqlanmışdır.
Şəhid Afik Namik oğlu Həsənov 1999-cu il 1 noyabr tarixində Qusar rayonunun Böyük Muruq kəndində anadan olmuşdur. Afik Həsənov 3 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində bir çox hərbi qulluqçu ilə birlikdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 14 yanvar 2021-ci ildə doğulduğu Qusar rayonunun Böyük Muruq kəndində dəfn edilmişdir.
Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər