Şəhid Ağa Ağayevin xatirəsi yad edilmişdir
26 oktyabr 2026 | 15:37
Oktyabrın 24-də Qusar rayonunun Yeni Həyat kəndində II Qarabağ müharibəsi şəhidi Ağa Əli oğlu Ağayevin şəhadətə ucalmasının 6-cı ildönümündə məzarı ziyarət edilmiş, xatirəsi anılmışdır.
Şəhid Ağayev Ağa Əli oğlu 2001-ci ilin aprelin 4-də Qusar rayonunun Yeni Həyat kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Ağa Ağayev Vətən müharibəsində savaşmış, oktyabrın 23-də qəhrəmancasına şəhid olmuşdur. Oktyabrın 24-də doğulduğu Yeni Həyat kəndində dəfn olunmuşdur.
Şəhid Ağa Ağayev Vətən qarşısında xidmətlərinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda medalı” ilə təltif edilmişdir.






