Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Ağamirov Şixmir Qabil oğlunun şəhid olmasının ildönümü qeyd olunub

09 noyabr 2024 | 11:20

Doğma Vətən torpağı uğrunda canlarından keçən igid oğullarımızı yad etmək hər birimizin  ən ümdə vəzifəsidir. Onların göstərdikləri qəhrəmanlıqlar, Vətənə olan sevgiləri gələcək nəsillərə nümunə olmalıdır.

Vətən yolunda can verən şəhidlərimizin xatirəsi Qusarda da hər zaman əziz tutulur. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailə üzvlərinə daim diqqət və qayğı göstərilməsi, şəhid qəbirlərin və aillələrinin ziyarət edilməsi, qəbirüstü abidələrinin təmiri, yeniləri ilə əvəz edilməsi bunun bariz nümunəsidir.

9 noyabr 2024-cü il tarixində Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Vətən Müharibəsi zamanı şəhadətə ucalan hərbi qulluqçu Ağamirov Şixmir Qabil oğlunun Qusar şəhərinin Şəhidlər Xiyabanında keçirilən anım tədbirində iştirak edib. Tədbirdə həmçinin Milli Məclisin deputatı Azər Badamov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət edilmiş, məzarı üzərinə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmiş, şəhidlərin ruhlarında dualar oxunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov  müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan şəhidimizə Allahdan rəhmət diləmiş, təsəllimizin parlaq qələbə ilə Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsinin olduğunu vurğulamışdır. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Ağamirov Şixmir Vətən Müharibəsi zamanı Şuanın azadlığı uğrunda gedən döyüşlərində 7 noyabr 2020-ci ildə şəhid olmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər