Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid ailələri diqqət və qayğı ilə əhatə olunublar

16 oktyabr 2024 | 08:30
Bu gün ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğı, bütün sahələrdə vətəndaş amilinin ön plana çəkilməsi ölkə başçısı tərəfindən bütün dövlət qurumları qarşısında qoyulan bir vəzifədir. Qusar RİH başçısı tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar da vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaş qəbulları zamanı imtiyazlı ailələrə və vətəndaşlara xüsusi diqqət göstərilir. İcra Hakimiyyəti başçısı tərəfindən şəhid ailələrinin günün istənilən vaxtında qəbul edilməsi, onların problem və qayğılarının aradan qaldırılması istiqamətində konkret tapşırıqların verilməsi bunun əyani sübutudur. 10 oktyabr 2024-cü il tarixdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov növbəti dəfə şəhid ailələri ilə görüşüb. Şəhid ailələrinin təklif, müraciət və şikayətlərinə baxılması, onların ehtiyaclarının təmin edilməsi məqsədilə RİHB Aparatında keçirilən görüşdə həm də aparatın məsul şəxsləri, Milli Məclisin deputatı Azər Badamov iştirak edib.
RİH başçısı Sahir Məmmədxanov şərəfli amal naminə şəhadətə ucalan şəhidlərimizə Azərbaycan xalqının daim minnətdar olduğunu bildirərək qəhrəmanlıq salnaməsi yazan igid oğullarımıza allahdan rəhmət diləyib, şəhid ailələrinə səbr arzulayıb.
Görüşdə şəhid ailələrinin üzvləri çıxış edərək işlə təminat, mənzil və torpaq sahəsinin ayrılması istiqamətində istəklərini ifadə ediblər. Şəhid ailələri üçün tikintisi nəzərdə tutulan mənzillərin başqa şəxslərə satılması ilə bağlı yayılan yanlış informasiyalara aydınlıq gətirilib və şəhid ailələrinin diqqətinə çatdırılıb ki, evlərin sənədləşdirilməsi prosesi başa çatdıqdan sonra şəhid ailələrinin bu evlərə köçürülməsi təmin ediləcək. RİH başçısı şəhid ailələrinin üzvlərinin hər birini ayrılıqda dinləyərək onların qaldırdıqları bütün məsələlərin həlli üçün aidiyyatı üzrə tapşırıqlarını verib. Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Azər Badamov şəhid ailələrinə başsağlığı verib, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyini, nə qədər Azərbaycan xalqı varsa, qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını dilə gətirib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər