Şəhid ailələri ilə növbəti görüş.
04.08.2023-cü il tarixdə Qusar rayon İcra Hakimiyyətində RİH başçısı Şair Alxasovun Vətən müharibəsi şəhidlərinin ailə üzvlərlə növbəti dəfə görüşü keçirilmişdir. RİH başçısı onların problemləri ilə yaxından tanış olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. Görüş zamanı Şəhid ailələrini narahat edən bir sıra problemləri dinlənilmiş, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Şəhidlərin ailə üzvləri onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, rayon İcra Hakimiyyəti və rayonun digər qulumları şəhid ailə üzvlərinin problemlərinə çox həssaslıqla yanaşdığını qeyd etmişdir.