Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid ailələrinin övladları Hərbi Qənimətlər Parkını ziyarət etdilər

31 may 2025 | 22:02

Azərbaycan Respublikasında şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğı ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə ölkənin müxtəlif regionlarında həyata keçirilən sosial və maarifləndirici layihələr şəhid ailələrinin ictimai fəallığını artırmaqla yanaşı, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə də xidmət edir.
31 may 2025-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxaq Müdafiəsi Günü ilə əlaqədar olaraq, Qusar rayonundan olan şəhid ailələrinin övladlarının Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin şərəfinə salınmış Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilmişdir.
Şəhid övladlarının Azərbaycan Ordusunun şanlı qələbəsini əks etdirən tarixi faktlar və müharibə reallıqları ilə əyani tanışlığına şərait yaratmaq, onlarda milli qürur və Vətən sevgisini daha da gücləndirmək məqsədi ilə təşkil olunmuş ekskursiyada iştirakçılar parkda nümayiş etdirilən hərbi texnika nümunələri, düşməndən ələ keçirilmiş silah-sursat, hərbi texniki avadanlıqlar, müxtəlif döyüş qənimətləri və real səngər mənzərələri ilə yaxından tanış olub, Vətən müharibəsi dövrünün xronikasını əks etdirən interaktiv stendlərə baxış keçiriblər.
Ekskursiya zamanı iştirakçılara 44 günlük Vətən müharibəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan mübarizənin mahiyyəti, Ordumuzun şücaəti, əldə edilən tarixi qələbə haqqında ətraflı məlumat verilib. Müharibə zamanı ələ keçirilmiş hərbi texnikalar və qənimətlər əsasında onlara real döyüş mənzərələri izah edilib.
Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər