Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid ailəsi və qazi ilə görüş keçirilmişdir.

16 avqust 2022 | 18:25

Şəhid ailəsi və qazi ilə görüş keçirilmişdir.

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Ukur kəndində şəhid Orxan Əlimuradovun valideynləri ilə görüşmüşdür. Azərbaycan ordusunda müddətdən artıq xidmət edən Orxan Əlimuradov 2020-ci ildə Vətən Müharibəsində Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. O ölümündən sonra Rəşadət ordeni, Kəlbəcərin, Cəbrayılın, Fizulinin azad olunmasına görə, Cəsur döyüşçü və Vətən uğrunda medalları ilə təltif olunmuşdur. Şəhidin böyük qardaşı Əlimuradov Cəmil Roman oğlu da hazırda Azərbaycanın Milli ordusunda xidmət edir. Rayon İcra Hakimiyyəti tərəfindən digər şəhid ailələri kimi Orxan Roman oğlu Əlimuradovun ailəsi də vaxtaşırı ziyarət olunur, onları narahat edən problemlərin həllinə köməklik və maddi yardım göstərilir. Bu dəfəki ziyarət isə şəhid atası Roman Əlimuradovun həyətində olan yardımçı tikililərldə ötən ayda baş verən yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan işlərlə tanışlıq və ailənin qarşılaşdığı digər problemlərin öyrənilməsi məqsədi ilə təşkil olunub. Yanğının nəticələrinin aradan qaldırılması üçün rayon İcra Hakimiyyəti tərəfindən ailəyə lazımı tikinti materiallarından köməklik göstərilmişdir.

Şəhid ailəsi ilə görüşdə həmçinin Vətən müharibəsinin iştirakçısı-qazi Mirzəquliyev Kamran Bəkir oğlu da iştirak etmişdir. O Vətən müharibəsində Milli orduda gizir rütbəsində fəaliyyət göstərib, Qubadlı rayonu uğrunda gedən döyüşlərdə yaralanıb. Dövlətimiz tərəfindən  onun xidmətləri yüksək qiymətləndirilib. O Cəsur döyüşçü, Cəbrayıl, Fizuli və Qubadlı rayonlarının azad olunmasəna görə medalları ilə təltif olunmuşdur. Təşkil olunmuş çay süfrəsi ətrafında qazi, Kamran Mirzəquliyev keçdiyi döyüş yolundan, kəndin gəncləri ilə apardığı vətənpərvərlik mövzusunda aparılan söhbətlərdən danışmışdır. Tədbirdə şəhidin ailə üzvləri, qazi və tədbirdə iştirak edən ağsaqqallar şəhid ailələrinə və qazilərə göstərilən qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                                                                                          

Keçidlər