Şəhid ailəsi ziyarət olunmuşdur
Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov Həsənqala kəndində yaşayan şəhid İsmayılov Orxan Qədim oğlunun ailəsi ilə görüşmüşdür. Ailənin mənzil-məişət şəraiti ilə tanış olan rayon İcra Hakimiyyətinin başçısı onların qayğıları ilə maraqlanmış, yeni tikilmiş, rayon İcra Hakimiyyətinin dəstəyi ilə təmir olunmuş yaşayış evinə baxış keçirmişdir. Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin və digər qurumların məsul əməkdaşlarının iştirakı ilə çay süfrəsi ətrafında davam edən söhbət zamanı şəhid atası Qədim İsmayılov ailənin qayğı ilə əhatə olunduğunu, bütün qurumlar tərəfindən qaldırılan məsələlərə diqqətlə yanaşdığını bildirmiş, ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.