Şəhid ailəsinin müraciəti təmin olunub
Qusar rayon rəhbərliyi tərəfindən şəhid ailələri və qazilərə göstərilən qayğı onu deməyə əsas verir ki, həssas qrupa aid olan insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.
Qusar rayonunda şəhid və qazi ailələrinin mütəmadi olaraq mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Qusar Rayon İcra Hakimiyyətinə Vətən müharibəsi şəhidi Məmmədəliyev Niyazi Samir oğlunun ailəsi tərəfindən Gədəzeyxur kəndində yaşadıqları fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi ilə bağlı müraciət edilmişdir. Rayon İcra Hakimiyyətindən bununla bağlı olaraq verilən tapşırığa uyğun olaraq həmin ünvanda işlərə başlanılıb, şəhid ailəsinin evinə təbii qaz çəkilib və sayğac quraşdırılıb.
Şəhid ailələri və qazilərin, həssas əhali təbəqəsinə aid olan insanların rifah halının yaxşılaşdırılması istiqamətində işlər bundan sonra da diqqətdə saxlanılacaq.