Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Anvar Şixəliyevin xatirəsi yad edilmişdir

02 noyabr 2025 | 19:49
Şəhidin məzarı ziyarət edilmiş, Vətən qarşısında misilsiz xidmətləri minnətdarlıqla xatırlanmışdır.
Şəhid Anvar Şixəliyev 24 fevral 2001-ci ildə Qusar rayonunun Xürel kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Anvar Şixəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 29-da Şuşa döyüşləri zamanı şəhid olmuşdur. 1 noyabr 2020-ci ildə Qusar rayon Xürel kəndində dəfn olunmuşdur.
Ölümündən sonra "Şücaətə görə" medalı, "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları, "Azərbaycan Bayrağı" ordeni, "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur
Keçidlər