Şəhid atasının müraciəti qısa müddətdə həllini tapıb
22 dekabr 2025 | 18:00
Dekabrın 20-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Həsənqala kəndində Vətən müharibəsi şəhidi İsmayılov Orxan Qədim oğlunun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı şəhidin atası Qədim İsmayılov yaşadığı evə gedən yola asfalt örtüyünün çəkilməsini xahiş etmişdir.
Şəhid atasının müraciəti nəzarətə götürülmüş, Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıq verilmişdir. Dekabrın 22-də işlər yekunlaşmış, şəhidin ailəsinin yaşadığı evə gedən yolun 110 metr hissəsi asfaltlanmışdır.
Şəhid ailələrinin qaldırdıqları məsələlərin operativ və səmərəli həlli istiqamətində bundan sonra da zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.






