Şəhid Azər Mühübəli oğlu Burziyevin anım günüdür
22 aprel 2026 | 17:03
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ölkəmizdə hər zaman uca tutulur və ehtiramla yad edilir. Aprelin 22-si belə igid Vətən övladlarımızdan biri Azər Mühübəli oğlu Burziyevin anım günüdür. Şəhid Azər Burziyev 20 may 1980-ci il tarixində rayonun Gədəzeyxur kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarında, Gədəbəy rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman 22 aprel 2000-ci il tarixində şəhid olmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.






