Şəhid Elvin Qurbanovun anım mərasimi keçirilmişdir
20 oktyabr 2025 | 16:27
Oktyabrın 19-da Qusar şəhərində II Qarabağ müharibəsi şəhidi Elvin Elmar oğlu Qurbanovun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət olunmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid Qurbanov Elvin Elmar oğlu 29 aprel 1999-cu ildə Qusar rayonunun Çiləgir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Elvin Qurbanov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində savaşmışdır. Elvin Qurbanov oktyabrın 1-də şəhid olmuş, 19 oktyabr 2020-ci ildə Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.






