Şəhid Elvin Qurbanovun xatirəsi yad edilmişdir
20 oktyabr 2026 | 09:27
Oktyabrın 19-da Vətən müharibəsi şəhidi Elvin Qurbanovun anım günü ilə əlaqədar Qusar şəhərində şəhidin məzarı ziyarət olunmuş, məzarı üzərinə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid Qurbanov Elvin Elmar oğlu 1999-cu ilin aprelin 29-da Qusar rayonunun Çiləgir kəndində anadan olmuşdur. Vətən müharibəsində iştirak edən Elvin Qurbanov Vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparmış, oktyabrın 17-də şəhadətə ucalmışdır. 2020-ci ilin oktyabrın 19-da Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş şəhid Elvin Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.






