Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Heydərov Şair Camal oğlunun şəhid olmasının ildönümü  qeyd olunub.

13 sentyabr 2023 | 17:38

13 sentyabr 2023-cü il tarixdə Qusar rayonu Mucuq kəndində şəhid Heydərov Şair Camal oğlunun həlak olmasının ildönümü qeyd olunub. Mərasimdə Qusar rayon İcra Hakimiyyətinin Başçısı cənab Şair Alxasov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun digər məsul şəxsləri, kənd sakinləri, doğmaları və ailə üzvləri iştirak etmişdir. İldönümü Mucuq kəndindən olan şəhidlərin məzarlarının ziyarəti ilə başlanmış, məzaları üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuşdur. Daha sonra tədbir iştirakçıları şəhid Heydərov Şair Camal oğlunun ailəsini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışdır. Vətəndaşlıq borcunu yerinə yetirən Heydərov Şair Camal oğlu Laçın istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Heydərov Şair Camal oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", III dərəcəli “Rəşadət” ordeni  ilə təltif edilmişdir. Şəhidin valideyinləri və yaxın qohumları dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Keçidlər