Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Hüseynov Kərim Tərlan oğlunun anım mərasimi keçirilib

13 oktyabr 2025 | 14:10
Oktyabrın 12-də Qusar rayonunun Piral kəndində 44 günlük Vətən müharibəsi şəhidi Hüseynov Kərim Tərlan oğlunun anım mərasimi keçirilmişdir. Mərasimdə RİH başçısının Piral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhidin ailə üzvləri, məktəb şagirdləri və kənd sakinləri iştirak etmişlər. Şəhidin məzarı ziyarət olunmuş, əziz xatirəsi yad edilmişdir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, qayğıları ilə maraqlanmışdır.
Şəhid gizir Kərim Tərlan oğlu Hüseynov 30 dekabr 1989-cu ildə Qusar rayonunun Piral kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun giziri olmuş Kərim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan Vətən müharibəsində savaşmışdır. Kərim Hüseynov oktyabrın 11-də şəhid olmuş, oktyabrın 12-də Qusar rayonunun Piral kəndində dəfn olunmuşdur.
Döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər