Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid İkraməddin Arazovun xatirəsi yad edilmişdir

15 yanvar 2026 | 20:00
 
Yanvarın 15-də Qusar rayonunun Urva kəndində İkinci Qarabağ müharibəsi şəhidi Arazov İkraməddin Qüdrət oğlunun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilmiş, xatirəsi yad olunmuşdur. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı diləmiş, ailənin qayğıları ilə maraqlanmışdır.
İkraməddin Qüdrət oğlu Arazov 2001-ci ilin sentyabrın 7-də Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş İkraməddin Arazov 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşmış, oktyabrın 2-də Kəlbəcər istiqamətində, Murovdağ döyüşləri zamanı şəhid olmuşdur. 2021-ci il yanvarın 15-də Urva kəndində dəfn olunmuşdur.
Şəhid ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər