Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Malik Xeyirbəyovun xatirəsi yad edilmişdir

30 oktyabr 2025 | 17:44
Oktyabrın 30-da Qusar rayonunun Cibir kəndində II Qarabağ müharibəsi şəhidi Malik Samik oğlu Xeyirbəyovun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət olunmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid Xeyirbəyov Malik Samik oğlu 19 mart 2002-ci ildə Qusar rayonunun Cibir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Malik Xeyirbəyov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Füzuli, Cəbrayıl, və Hadrut döyüşlərində vuruşmuşdur. Malik Xeyirbəyov 26 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur, oktyabrın 30-da Qusar rayonunun Cibir kəndində dəfn olunmuşdur.
Şəhid ölümündən sonra Vətən torpaqlarının azadlığı uğrunda misilsiz xidmətlərinə görə “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər