Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Rəşad Cavadovun xatirəsi yad edilib

23 yanvar 2026 | 09:53
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla anılır. Onların göstərdikləri igidlik və fədakarlıq Vətənə sədaqətin ən ali nümunəsi kimi yaddaşlarda yaşayır.
Yanvarın 22-də Şəhid Cavadov Rəşad Fərzəli oğlunun şəhadətə ucalmasının ildönümü münasibətilə rayonun Hil kəndində şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunaraq xatirəsi dərin ehtiramla anılıb. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Qusar rayon prokuroru Ceyhun Mirzəyev və digər rəsmilər, şəhidin ailə üzvləri və kənd sakinləri tərəfindən şəhidin Hil kəndində yerləşən xatirə lövhəsi ziyarət edilib.
Şəhid Cavadov Rəşad Fərzəli oğlu 2001-ci il sentyabrın 1-də Qusar rayonunun Hil kəndində anadan olmuşdur. O, 21 yanvar 2021-ci ildə mina partlayışı zamanı şəhid olmuş, Qusar rayonunun Hil kənd qəbiristanlığında dəfn olunmuşdur.
Şəhid Rəşad Cavadov ölümündən sonra Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Keçidlər