Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Şair Heydərovun xatirəsi yad edilib

14 sentyabr 2026 | 11:02
 
Sentyabrın 13-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət sərhədlərinin müdafiəsi uğrunda şəhid olmuş Heydərov Şair Camaloviçin şəhidlik zirvəsinə ucalmasından 4 il ötür.
Sentyabrın 13-də şəhidin doğulduğu Qusar rayonunun Mucuq kəndində məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Röyalə Nəsirli Səfərbəyova, müvafiq inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi və bələdiyyə sədri, şəhid anaları, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Şəhid Şair Heydərov 4 sentyabr 1998-ci ildə Qusar rayonunun Mucuq kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun Quru Qoşunlarında əsgər kimi xidmət etmiş Şair Heydərov 13 sentyabr 2022-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, doğulduğu Mucuq kənd qəbiristanlığında dəfn edilib.
Vətən qarşısında göstərdiyi xidmətlərə görə Şair Heydərov ölümündən sonra “Vətən uğrunda” medalı və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Anım mərasimində şəhidin keçdiyi şərəfli döyüş yolundan, Vətənin müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub, onun əziz xatirəsinin daim uca tutulduğu vurğulanıb. Qeyd edilib ki, Şair Heydərovun timsalında Vətən torpaqlarının müdafiəsi uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Eyni zamanda, Mucuq kəndindən olan Birinci Qarabağ Müharibəsi şəhidi Ərzimanov Aydın Ərziman oğlunun və 44 günlük Vətən müharibəsi şəhidi Əhmədov Tural İzətulla oğlunun da məzarları ziyarət olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər