Şəhid Sərraf İmaməliyevin xatirəsi yad edilmişdir - 2026
08 noyabr 2026 | 13:41
Noyabrın 7-də Qusar rayonunun Əniq kəndində Vətən müharibəsi şəhidi İmaməliyev Sərraf Murtuzəli oğlunun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilmiş, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid İmaməliyev Sərraf Murtuzəli oğlu 1996-cı ilin sentyabrın 10-da Qusar rayonunun Əniq kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun leytenantı olmuş Sərraf İmaməliyev Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olmuşdur. Şəhid noyabrın 8-də doğulduğu Əniq kəndində dəfn olunmuşdur.
Vətən qarşısında xidmətlərinə görə şəhid Sərraf İmaməliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.






