Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Şixmir Ağamirovun xatirəsi yad edilmişdir-2026

09 noyabr 2026 | 17:00
 
Noyabrın 9-da Qusar şəhərində Vətən müharibəsi şəhidi Şixmir Ağamirovun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilmiş, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid Ağamirov Şixmir Qabil oğlu 1990-cı ilin aprelin 5-də Qusar şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun baş giziri olmuş Şixmir Ağamirov Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olmuşdur. Şəhid noyabrın 8-də Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Şəhid Şixmir Ağamirov Vətən qarşısında xidmətlərinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər